ƏLYAZMALAR İNSTİTUTUNDA “ƏLYAZMA KİTABLARININ BƏRPASI VƏ KONSERVASİYASI QAYDALARI” ADLI PRAKTİKİ MƏŞĞƏLƏYƏ START VERİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA “ƏLYAZMA KİTABLARININ BƏRPASI VƏ KONSERVASİYASI QAYDALARI” ADLI PRAKTİKİ MƏŞĞƏLƏYƏ START VERİLİB

19.11.19. Oxunma sayı: 73 TƏDRİS
Milli Tarix Muzeyinin müraciəti əsasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin tapşırığı ilə institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasında "Əlyazma kitablarının bərpası və konservasiyası qaydaları" mövzusunda praktiki məşğələyə start verilib. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov göstərdikləri belə bir təşəbbüsə görə muzeyin əməkdaşlarını təbrik edib, sonra müəssisənin fəaliyyəti haqqında onlara məlumat verib. Gənclərimizin tarixi mirasa sahib çıxaraq əlyazmaların bərpasının həyata keçirilməsindəki fədakarlığını təqdir edən professor belə addımların ölkə miqyasında artırılmasının vacibliyini vurğulayıb. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov bir qrup universitet tələbəsini laboratoriyada aparılan işlərlə tanış edib və layihə iştirakçılarına uğurlar diləyib. Daha sonra Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov laboratoriyada aparılan tədqiqatlar, bərpa və konservasiya işləri barədə geniş məlumat verib.
Praktiki məşğələ ilin sonuna qədər davam etdiriləcək.
Diqqətinizə çatdırırıq ki, belə məşğələlərin keçirilməsində, əlyazma vərəqlərinin bərpasının öyrənilməsində maraqlı olanlar ümumi və ya fərdi şəkildə institut rəhbərliyinə müraciət edə bilərlər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.11.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “CLARIVATE ANALYTICS”İN KEÇİRDİYİ TƏLİMDƏ İŞTİRAK EDİBLƏR
04.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ QAZAXISTANLI TƏLƏBƏLƏRƏ MÜHAZİRƏ OXUDU
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTLARI MAGİSTR BURAXILIŞ İŞLƏRİNİ MÜDAFİƏ EDİBLƏR
31.05.18 ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTEQRASİYASI DAVAM EDİR
05.03.18 ƏMƏKDAŞIMIZ “WEB OF SCIENCE” MƏLUMAT PLATFORMASI ÜZRƏ SERTİFİKASİYA PROQRAMINDA İŞTİRAK EDİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla