“MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB

19.11.19. Oxunma sayı: 57 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın “Mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti və kitabxanalar” adlı kitabı çapdan çıxıb. İlk dəfə olaraq cəmiyyətdə informasiya mədəniyyətinin formalaşdırılmasında, cəmiyyətin maariflənməsində xüsusi əhəmiyyət kəsb edən kitabxanaların iştirakını və əvəzsiz xidmətlərini araşdıran nəşrin elmi məsləhətçiləri tarix üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin fəxri professoru Abuzər Xələfov, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur. Rusiya EA Dövlət Kütləvi Elmi-Texniki Kitabxanasının aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, professor İrina Lizunova kitabın rəyçisidir.
Monoqrafiyada mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti anlayışının məzmunu və mahiyyəti, beynəlxalq müstəvidə şərhi tarixi aspektdə təhlil edilib ümumiləşdirilib, informasiya mədəniyyətinin əsas komponentləri və şəxsiyyətin informasiya mədəniyyətinin yüksəlməsinə təsir edən başlıca amillər tədqiq edilib. İnformasiya mədəniyyəti ilə yanaşı “rəqəmsal savadlılıq”, “internet savadlılığı”, “şəbəkə savadlılığı” kimi bir sıra anlayışlar da dünya alimlərinin yanaşmalarına əsaslanaraq müfəssəl şərh edilib. Burada bir sıra ölkələrdə cəmiyyət üzvlərinin maariflənməsinə, informasiyanı düzgün qiymətləndirərək ondan etik şəkildə istifadə etməsinə xidmət edən müxtəlif beynəlxalq informasiya mədəniyyəti modelləri barədə məlumatlar ilk dəfə elmi dövriyyəyə daxil edilib.
Araşdırmada vahid informasiya mədəniyyəti konsepsiyasının yaradılması, kitabxanaçıların informasiya mədəniyyətinin formalaşdırılması, reklam fəaliyyəti, kitabxanalarda PR üzrə ayrıca struktur bölmənin təşkili, informasiya mədəniyyəti məsələlərinə dair milli resursların hazırlanması və s. üzrə təkliflər də təqdim olunub.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
20.05.19 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla