ƏMƏKDAŞIMIZ “ƏDƏBİYYAT GÜNƏŞİ” MÜSABİQƏSİNİN QALİBİ SEÇİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏMƏKDAŞIMIZ “ƏDƏBİYYAT GÜNƏŞİ” MÜSABİQƏSİNİN QALİBİ SEÇİLİB

15.11.19. Oxunma sayı: 123 NAİLİYYƏTLƏR
Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə “Ədəbiyyat günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Nəsimi ili” çərçivəsində baş tutan tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, ziyalılar və media nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə çıxışlar dinlənilib. Sonra müsabiqəyə təqdim olunan 60 məqalə arasından üç qalib yazı müəyyənləşib. Münsiflər heyətinin qərarı ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli birinci yerin qalibi seçilib. İkinci yerin qalibi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayev, üçüncü yerin mükafatçısı isə filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy olub.
Qeyd edək ki, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov müsabiqənin münsiflər heyətinin üzvü olub.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
25.07.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ MƏTBUAT ŞURASININ XÜSUSİ MÜKAFATINA LAYİQ GÖRÜLÜB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ SERTİFİKATA LAYİQ GÖRÜLÜB
17.04.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla