KİTABXANA ETİKASI HAQQINDA KİTAB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 info@manuscript.az
AZ EN



KİTABXANA ETİKASI HAQQINDA KİTAB

14.03.18. Oxunma sayı: 53 Nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli ilə həmin institutun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun birgə yazdıqları və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” adlı monoqrafiya işıq üzü görmüşdür. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 19 yanvar 2018-ci il tarixli qərarı ilə nəşr edilmişdir. 
Əsasən fəlsəfə, kitabxana-informasiya, tarix, hüquq və dilçilik sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuş və ilk dəfə olaraq Azərbaycanda kitabxana əxlaqı fəlsəfəsinin, kitabxanaçı etikasının formalaşması probleminə, onun tarixinə və inkişafına elmi-nəzəri və milli-mənəvi kontekstdən işıq salmış bu əsərdə kitabxana etikası üzrə hüquqi fəaliyyətin, kodeksləşdirmənin də özünəməxsus xüsusiyyətləri tədqiq olunmuşdur. Müəlliflər bu tədqiqatda kitabxana əxlaqını  kulturoloji fenomen kimi öyrənmiş, “kitabxana işi” ilə “kitabxanaçılığ”ın oxşar və fərqli tərəflərini elmi-nəzəri cəhətdən təhlil etmişlər.
Monoqrafiyada bir neçə leksik vahidin nümunəsində kitabxanaşünaslığın terminoloji bazası Azərbaycan, türk, ingilis, rus, ərəb, latın və digər dillərin etimoloji qanunauyğunluqları müstəvisinə linqvo-konseptual təhlilə cəlb olunmuşdur.
Kitabın elmi redaktoru akademik Teymur Kərimli, elmi məsləhətçisi pedaqogika üzrə elmlər doktoru, Rusiya Milli Kitabxanasının Kitabxanalararası əlaqələr şöbəsinin müdiri İrina Truşinadır.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla