PROFESSOR PAŞA KƏRİMOV VƏ DOSENT NƏZAKƏT MƏMMƏDLİ TÜRKİYƏDƏ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



PROFESSOR PAŞA KƏRİMOV VƏ DOSENT NƏZAKƏT MƏMMƏDLİ TÜRKİYƏDƏ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR

12.11.19. Oxunma sayı: 92 EZAMİYYƏLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli 8-10 noyabr tarixlərində Türkiyənin Sivas Cümhuriyyət Universitetində keçirilən “Türk dünyası mədəniyyət elçiləri: Qazi Bürhanəddin” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər. Paşa Kərimovun “Qazi Bürhanəddin şeirlərinin mövzu dairəsi və bədii ifadə vasitələri”, Nəzakət Məmmədlinin “Qazi Bürhanəddinin təsəvvüfi görüşləri” mövzusundakı məruzələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Alimlərimiz simpozium çərçivəsində Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızla görüşüblər, o cümlədən Qazi Bürhanəddinin və məşhur mütəsəvvif Şəmsəddin Sivasinin məzarlarını, Sivasın məşhur Ulu Camisi və s. tarixi yerləri ziyarət ediblər.









скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.10.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ KAZAN FEDERAL UNİVERSİTETİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
21.06.19 AKADEMİK TEYMUR KƏRİMLİ VƏ PROFESSOR PAŞA KƏRİMOV BELQRADDA NƏSİMİNİN 650 İLLİYİNƏ HƏSR OLUNMUŞ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR
24.12.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI TBİLİSİDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
01.11.18 ƏMƏKDAŞIMIZ KONYA ŞƏHƏRİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
21.02.18 ƏMƏKDAŞLARIMIZ HİNDİSTANDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla