TƏBRİZ UNİVERSİTETİNİN PROFESSORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



TƏBRİZ UNİVERSİTETİNİN PROFESSORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

07.11.19. Oxunma sayı: 49 BEYNƏLXALQ ƏLAQƏLƏR
Təbriz Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin professoru Bağır Sədriniyə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Professoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qəbul edib. Akademik institutda saxlanılan fars əlyazmaları haqqında, bu istiqamətdə aparılan tədqiqat işləri barədə Sədriniyəyə məlumat verib. Eyni zamanda İran Elmlər Akademiyasının üzvü olan alim təmsil etdiyi elmi müəssisənin Əlyazmalar İnstitutu ilə sıx elmi əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Maraqlı fikir mübadiləsi aparan tərəflər gələcəkdə İran Elmlər Akademiyası ilə Əlyazmalar İnstitutu arasında elmi əməkdaşlıq müqaviləsinin imzalanması haqqında razılığa gəliblər. Sonra qonaq institutun Ekspozisiya zalı ilə tanış olub. Görüşdə Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı da iştirak edib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.02.19 ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK
20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
19.12.18 ƏLYAZMALAR İNSTİTUTU AVROPA BİRLİYİNİN "INDEX COPERNICUS INTERNATIONAL" BEYNƏLXALQ ELMİ İNDEKSLƏŞDİRMƏ TƏŞKİLATI İLƏ DANIŞIQLARA BAŞLAYIB
28.10.18 AZƏRBAYCAN ALİMLƏRİ TÜRKİYƏNİN SÜLEYMANİYYƏ YAZMA ƏSƏRLƏR KİTABXANASI İLƏ YENİ ƏMƏKDAŞLIĞA İMZA ATMIŞLAR
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla