ƏLYAZMALAR İNSTİTUTUNUN İLLİK HESABATI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN İLLİK HESABATI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

04.11.19. Oxunma sayı: 75 TƏDBİRLƏR
4 noyabr tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər haqqında danışıb, 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Əlyazmalar İnstitutunda görülən işlərdən bəhs edib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfi doktoru, dosent Əzizağa Nəcəfzadə kadr hazırlığı və cari məsələlər haqqında ətraflı məlumat verib. Elmi katib institutun doktorant və dissertantlarının elmi fəaliyyətlərinin nəticələrini açıqlayıb. Elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov institutda il ərzində görülən elmi-tədqiqat işlərinin hesabatı ilə bağlı geniş məruzə ilə çıxış edib. Sonra söz AMEA-nın həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya verilib. Akademik çıxışında Əlyazmalar İnstitutunun fəaliyyəti haqqındakı hesabatı yüksək qiymətləndirib.
Bütövlükdə hesabat qənaətbəxş hesab edilib.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
20.05.19 İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB
15.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN JURNALLARI ÜÇÜN ELEKTRON BEYNƏLXALQ STANDART SERİYA NÖMRƏSİ TƏYİN OLUNUB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
17.04.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla