ƏBDÜLXALİQ CƏNNƏTİNİN “MƏSNƏVİYYAT” ƏSƏRİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏBDÜLXALİQ CƏNNƏTİNİN “MƏSNƏVİYYAT” ƏSƏRİ NƏŞR OLUNUB

30.10.19. Oxunma sayı: 61 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində yaşayıb-yaratmış şair Mirzə Əbdülxaliq Qafarzadə Cənnətinin də əsərləri qorunmaqdadır. Oxuculara təqdim olunan “Məsnəviyyat” əsəri şairin avtoqraf əlyazmasıdır. Əsərdə müxtəlif mövzulu şeirlər yer alır.
Əsərin mətnini transfoneliterasiya edən, kitabın tərtibçisi, nəşrə hazırlayanı və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevadır. Elmi məsləhətçi filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəylidir. Nəşrin redaktoru Hacı Mustafa Mailoğlu, rəyçisi Sona Xəyaldır.
Bakı və Abşeron ədəbi mühitinin görkəmli nümayəndələindən biri olan Əbdülxaliq Cənnəti şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şair eyni zamanda Bakıda fəaliyyət göstərən “Məcməüşşüəra” ədəbi məclisinin fəallarından olub.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla