PROFESSOR PAŞA KƏRİMOV PARİS MİLLİ KİTABXANASINDAN NAMƏLUM ŞAİRİMİZ, NƏSİMİ ARDICILI ZÖVQİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



PROFESSOR PAŞA KƏRİMOV PARİS MİLLİ KİTABXANASINDAN NAMƏLUM ŞAİRİMİZ, NƏSİMİ ARDICILI ZÖVQİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB

28.10.19. Oxunma sayı: 204 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusu - divanının surətini əldə edib. 1687-ci ildə köçürülmüş, 168 vərəqdən ibarət bu divanda şairin qəzəl, mürəbbe, müxəmməs və müstəzadları toplanıb. Vərəqlərin kənarlarında və divanın sonunda onun farsca şeirləri də vardır. Zövqinin şeirlərində hürufiliyin, xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin güclü təsiri görünür. Onun 134 qəzəlindən 64-ü Nəsimi şeirlərinə nəzirədir. Bundan başqa, şairin Füzuli yaradıcılığından da təsirləndiyi görünür. Onun divanında Füzuli şeirlərinə 18 nəzirə vardır. Əsər XVII əsr Azərbaycan ədəbiyyat tarixinin araşdırılması baxımından böyük maraq kəsb edir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.04.19 MOLLA CÜMƏNİN GÜRCÜ ƏLİFBASI İLƏ KÖÇÜRÜLMÜŞ ŞEİRLƏR TOPLUSU AŞKAR EDİLİB
25.02.19 NƏSİMİ DİVANININ YENİ NÜSXƏSİNİN SURƏTİ ƏLDƏ EDİLİB
21.01.19 NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
21.09.18 XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB
05.09.18 NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla