YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA

14.03.18. Oxunma sayı: 128 Əməkdaşlıq

Yaponiyanın Tokio Universitetinin Sosialogiya və Humanitar elmlər fakültəsinin dekanı Kenyi Satonun  xüsusi məktubu  ilə AMEA-nın Məhəmməd Füzuli  adına Əlyazmalar İnstitutunda  çalışmağa gəlmiş həmin universitetin elmi işçisi dr. Osamu Otsukani martın 12-dən institutun arxivində  Elxanilər və Teymurilər dövrünə aid əlyazmaların  tədqiqi ilə məşğul olmaqdadır.  Alim bu bir neçə gün ərzində artıq xeyli sayda farsdilli və ərəbdilli əlyazma ilə tanış olmuş, onu maraqlandıran  məsələlərlə bağlı insititut mütəxəssisləri ilə məsləhətləşmələr aparmışdır. 
Qeyd edək ki, Osamu Otsuka 2013-cü ildə “Fars cəmiyyətlərində mövcud olan ümumi tarixlər üzrə araşdırma” mövzusunda dissertasiya müdafiə etmişdir. Hazırda  o,  Elxanilər və Teymurilər dövrü üzrə tədqiqat aparmaqdadır.  Osamu Otsuka Əlyazmalar İnstitutunda işləyib çalışmaq üçün ona hər cür şərait yaradıldığini vurğulayır və buna görə institut rəhbərliyinə, kitabxana və arxiv işçilərinə dərin minnətdarlığını bildirir.
Xatırladaq  ki, insititut rəhbərliyi qonağa “Farsdilli əlyazmalar kataloqu”nun iki nüsxəsini və "Farsdilli tarixi əlyazmalar kataloqu"nu hədiyyə etmişdir. Osamu Otsuka da öz növbəsində Yaponiyaya qayıtdıqdan sonra bu ölkədə saxlanılan fars və ərəbdilli əlyazmaların siyahısını Əlyazmalar İnsititutuna göndərəcəyini bildirib. 


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla