“NƏSİMİ VƏ ARDICILLARI: ÜSULİ – RUHİ BAĞDADİ” KİTABI NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“NƏSİMİ VƏ ARDICILLARI: ÜSULİ – RUHİ BAĞDADİ” KİTABI NƏŞR OLUNUB

24.10.19. Oxunma sayı: 115 NƏŞRLƏR
“Nəsimi ili” çərçivəsində tədbirlər təşkil edən, araşdırmalar aparan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda növbəti bir nəşr - “Nəsimi və ardıcılları: Üsuli – Ruhi Bağdadi” adlı kitab çapdan çıxıb. Kitabın müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist Şöhrət Səlimbəylidir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Filologiya üzrə elmlər doktorları -professor Yaqub Babayev və professor Mahmud Allahmanlı kitabın rəyçiləridir.
İki hissədən ibarət olan kitabın I hissəsində böyük Azərbaycan şairi və mütəfəkkəri İmadəddin Nəsiminin və onun davamçıları – XVI əsrdə yaşamış türk şairləri Üsuli və Ruhi Bağdadinin həyat və yaradıcılıqları araşdırılıb, təhlillər aparılıb.
II hissədə XX əsrin görkəmli ədəbiyyatşünas alimi Əbdülbaki Gölpınarlının hər üç şairin həyatı, yaradıcılığı və şeirləri haqqında 1953-cü ildə İstanbulda nəşr olunmuş “Nəsimi – Üsuli – Ruhi” adlı tədqiqat əsəri təqdim olunur.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.10.19 MƏŞHUR ORTA ƏSR TƏSƏVVÜF ALİMİNİN ƏSƏRİ ÇAP OLUNUB
20.05.19 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla