MƏŞHUR ORTA ƏSR TƏSƏVVÜF ALİMİNİN ƏSƏRİ ÇAP OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MƏŞHUR ORTA ƏSR TƏSƏVVÜF ALİMİNİN ƏSƏRİ ÇAP OLUNUB

18.10.19. Oxunma sayı: 89 NƏŞRLƏR
XV əsrin sonu-XVI əsrin əvvəllərində yaşamış məşhur türk təsəvvüf alimi Mahmud bin Osman Lamei Çələbinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Münşəat-i Məkatib” əsəri nəşr olunub. Əsəri transfoneliterasiya edib nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun əməkdaşları Arif Ramazanov və Tahirə Əliyevadır. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur. Filologiya üzrə elmlər doktoru, professor Azadə Musayeva nəşrin elmi redaktoru, fəlsəfə üzrə elmlər doktoru, dosent Zəkiyyə Əbilova və Hacı Mustafa Mailoğlu isə rəyçiləridir.
Kitabda əsərin Əlyazmalar İnstitutunda saxlanılan yeganə Bakı nüsxəsinin geniş təsviri verilir. Əsər ərəb, fars və türk dillərində yazılıb. Transfoneliterasiya zamanı əsərin dili olduğu kimi saxlanılıb. Əsərin orijinal mətni də kitaba daxil edilib.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

23.01.19 ƏLYAZMALAR İNSTİTUTU “TÜRK ƏDƏBİYYATINA İLK QƏDƏM” DƏRSLİYİNİ YENİDƏN NƏŞR EDİB
07.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla