TATARISTAN XALQLAR DOSTLUĞU EVİNDƏ AZƏRBAYCAN MİLLİ MƏDƏNİ MUXTARİYYƏTİNİN FƏALLARI ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



TATARISTAN XALQLAR DOSTLUĞU EVİNDƏ AZƏRBAYCAN MİLLİ MƏDƏNİ MUXTARİYYƏTİNİN FƏALLARI ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

13.10.19. Oxunma sayı: 69 EZAMİYYƏLƏR
11 oktyabr 2019-cu il tarixində Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin iqamətgahının yerləşdiyi Kazan şəhərindəki Xalqlar Dostluğu Evində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri ilə görüş keçirilib. Görüşdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və “Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova Kazan şəhərində yaşayan azərbaycanlı ziyalılarla birlikdə “Biz kimik” ümumi başlığı altında Ana dilimizin tarixi yolu, əcnəbi dillərdə yaradılan Azərbaycan ədəbiyyatı, Azərbaycandan kənarda ana dilimizin qorunması problemi ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki. görüşdən öncə alimlərimiz Tatarıstan Xalqlar Dostluğu Evinin Mədəni-kütləvi tədbirlərin təşkilat şöbəsinin müdiri Anjelika Vəkilova, Azərbaycan Milli Mədəni Muxtariyyətinin başçısı Bəşir Bəşirov, Kazan şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Vasif Abdullayev ilə bərabər Tatarıstan Xalqlar Dostluğu Assambleyasının möhtəşəm binasını ziyarət ediblər və burada həmin respublikanın ərazisində yaşayan xalqların milli mədəniyyətini təbliğ etmək və ana dilini tədris etmək üçün yaradılan əlverişli şəraitlə tanış olublar.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

16.01.19 HAFİZ PAŞAYEV ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB
31.10.18 BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla