ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ KAZAN FEDERAL UNİVERSİTETİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ KAZAN FEDERAL UNİVERSİTETİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

13.10.19. Oxunma sayı: 69 EZAMİYYƏLƏR
9-12 oktyabr 2019-cu il tarixlərində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Kazan Federal Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq əlaqələr İnstitutu və Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən Çin Xalq Respublikasının yaradılmasının 70 illiyinə həsr olunmuş “Rusiya-Çin: tarix və mədəniyyət” mövzusunda XII beynəlxalq elmi-praktik konfransda alimlərimiz: dosent Əzizağa Nəcəfzadə “Makedoniyalı İskəndərin Çin yürüşü (ət-Təbərinin “Tarix” və Nizaminin “İskəndərnamə” əsərləri əsasında)”, dosent Aynur Nəcəfova isə “Çin və Çinin tarixi Gümüş dövr rus poeziyasında” adlı məruzələrlə çıxış ediblər. Əməkdaşlarımız konfransın hesabat iclasında səmərəli fəaliyyətlərinə görə xüsusi beynəlxalq sertifikatla da təltif olunublar.
Qeyd edək ki, adıgedən məruzələrin mətnlərinin tam dərc olunduğu ümumi topluda Əlyazmalar İnstitutunun digər alimi, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın “Çini qablar dünyəvi mədəniyyət nümunəsi kimi” adlı məqaləsi də yer alıb.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
13.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI FÜZULİ GECƏSİNDƏ
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla