ƏLYAZMALAR İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ÖLKƏDƏ ALİ SİYASİ HAKİMİYYƏTƏ GƏLİŞİNİN 50 İLLİYİ MÜNASİBƏTİLƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ÖLKƏDƏ ALİ SİYASİ HAKİMİYYƏTƏ GƏLİŞİNİN 50 İLLİYİ MÜNASİBƏTİLƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

27.09.19. Oxunma sayı: 112 TƏDBİRLƏR
27 sentyabr 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin ölkədə ali siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə elmi-praktik konfrans keçirildi.
Konfrans iştirakçıları öncə İnstitutun Kitabxana və elmi informasiya şöbəsinin hazırladığı Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev - əbədiyyətə gedən yol” adlı kitab sərgisi ilə tanış oldular.
Tədbiri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə açdı.
Daha sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov giriş nitqi söyləyərək konrans iştirakçılarını salamladı.
Konfransda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə “Heydər Əliyev və Azərbaycan təhsili”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Heydər Əliyev və Azərbaycan dili”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova “Heydər Əliyevin gənc alimlərə qayğısı”, gənc mütəxəssis Hikmət Rzazadə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda məruzə etdilər.
Məruzələr ətrafında çıxış edən İnstitutun baş rəssamı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyev gənclərin ulu öndərin ruhuna və əməyinə verdiyi dəyəri yüksək qiymətləndirdi, onlara bu yolda uğurlar arzuladı.
Sonda tədbir iştirakçıları İnstitutun Ekspozisiya zalında xatirə fotosu çəkdirdilər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla