“QURBANİ” DASTANININ İSTANBUL VARİANTI AŞKAR EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“QURBANİ” DASTANININ İSTANBUL VARİANTI AŞKAR EDİLİB

23.09.19. Oxunma sayı: 248 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsini əldə edib. Dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbaniyə yuxuda buta verilir və o, Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulur, çətinliklərdən sonra ona qovuşur. İstanbul variantında isə Əcəm diyarında yaşayan Qurbani Qarabağ hökmdarı İzzət xanın bacısı Pərüzat xanıma aşiq olur və bir sıra macəralardan sonra onunla evlənir. Azərbaycan variantında Qurbaniyə “mürşid” dediyi Şeyx oğlu Şah İsmayıl kömək edirsə, İstanbul variantında ona “mürşid” deyə üz tutduğu Şah Abbas yardım edir. Bir sıra şeir parçaları hər iki variantda təkrar olunur.


OXŞAR XƏBƏRLƏR:

21.09.18 XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB
05.09.18 NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR
21.06.18 XV ƏSRDƏ TƏRTİB OLUNMUŞ LÜĞƏT AZƏRBAYCANDA
13.06.18 KİTABXANIMIZA BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTİNİN “MANUSCRİPTS” JURNALININ YENİ SAYI DAXİL OLUB
01.02.18 TEHRAN KİTABXANASINDAN SƏFƏVİLƏR DÖVRÜNDƏ YAŞAMIŞ AZƏRBAYCAN ŞAİRİNİN KÜLLİYATININ SURƏTİ ƏLDƏ EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla