GÜLHÜSEYN HÜSEYNOĞLUNUN “MÜCRÜ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



GÜLHÜSEYN HÜSEYNOĞLUNUN “MÜCRÜ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

18.09.19. Oxunma sayı: 97 TƏDBİRLƏR
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycanın Xalq yazıçısı, görkəmli alim və pedaqoq Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabının təqdimatı keçirilib. AMEA-nın dəstəyi ilə nəşr olunan kitabın redaktoru və ön sözün müəllifi AMEA HEB-in akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Tədbiri giriş sözü ilə AYB-nin katibi İlqar Fəhmi açıb. O, G.Hüseynoğlu yaradıcılığıını yad etdiklərinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. İ.Fəhmi ilk sözü AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abbdullayevə verib. Ç.Abdullayev Sovet hakimiyyəti illərində azadlıq uğrunda mübarizə aparan G.Hüseynoğlunun məşəqqətli həyatından söhbət açıb.
Sonra yazıçının yaradıcılığı haqqında ətraflı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli G.Hüseynoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı mühüm rolundan ətraflı bəhs açıb. İ.Həbibbəyli AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ərsəyə gələn bu kitabın ideya müəllifi olduğunu bildirib və sözü A.Əlizadəyə verib.
Mikayıl Müşfiq şeirlərinin vurğunu olduğunu bildirən AMEA-nın prezidenti Müşfiq yaradıcılığını dərindən araşdıran G.Hüseynoğluna böyük rəğbət bəslədiyini söyləyib.
G.Hüseynoğlu yaradıcılığı və şəxsiyyətindən bəhs edən akademik Teymur Kərimli mənsur şeir ustası G.Hüseynoğlunun Avropa və rus ədəbiyyatından daha çox, məhz klassik Azərbaycan ədəbiyyatı ənənənələrinə söykəndiyini vurğulayıb. T.Kərimli yazıçı ilə bağlı xatirələrini də bölüşüb.
Tədbirdə iştirak edən akademik Abel Məhərrəmli, filologiya üzrə elmlər doktorları Vaqif Yusifli, Məmməd Əliyev G.Hüseynoğlu ilə bağlı xatirələrindən, o cümlədən yazıçının antisovet fəaliyyətindən danışıblar.
Yazıçının oğlu Toğrul Abdullayev kitabın gözəl tərtibatla nəşrinə görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirib. O, Akif Əlizadənin, Teymur Kərimlinin atasının yaradıcılığına göstərdikləri rəğbəti daim hiss etdiyini xüsusilə vurğulayıb.
Tədbirin sonunda Toğrul Abdullayev iştirakçılara simvolik olaraq mücrü şəkilli gümüş döş nişanları paylayıb.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

16.09.19 ƏLYAZMALAR İNSTİTUTUNDA AMEA-NIN HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla