ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ ALMANİYADA NÜFUZLU KONFRANSA QATILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ ALMANİYADA NÜFUZLU KONFRANSA QATILIB

18.09.19. Oxunma sayı: 79 TƏDBİRLƏR
2019-cu il 9-13 sentyabr tarixlərində Almaniyanın Berlin şəhərində Azad Berlin Universitetinin İranşünaslıq İnstitutunun təşkilatçılığı ilə 9-cu Avropa İranşünaslıq konfransı keçirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov konfransda “Orta əsr farsdilli ən böyük təzkirə” mövzusunda fars dilində məruzə ilə çıxış edib. Alim bu əsərdə 150-yə qədər orta əsr Azərbaycan şairi haqqında məlumatın olduğunu və əsərlərindən nümunələrin təqdim edildiyini bildirib. Ə.Bağırov dünyanın müxtəlif şərqşünaslıq mərkəzlərindən konfransda iştirak edən nüfuzlu alimlərlə söhbətlər aparıb, həmin ölkələrin əlyazma mərkəzləri ilə gələcək əlaqələr haqqında razılığa gəlib.
Ə.Bağırovun məruzəsi nüfuzlu dünya alimləri tərəfindən diqqətlə dinlənilib və maraqla qarşılanıb.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla