ƏLYAZMALAR İNSTİTUTUNDA AMEA-NIN HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA AMEA-NIN HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB

16.09.19. Oxunma sayı: 91 TƏDBİRLƏR
16 sentyabr 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli HEB-ə daxil olan institut və təşkilatların il ərzində gördüyü işlərdən bəhs edib.
İclasda vitse-prezident bölmənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsini tutmaq üçün seçkilərin keçiriləcəyini bildirib. İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna namizədlərin elm sahəsində əldə etdikləri nailiyyətləri ilə fərqlənən alimlər olduqlarını vurğulayıb. Qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizəd həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür və səsvermənin nəticələri bölməyə daxil olur. Akademik iclasda gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.
Ümumi yığıncağın sədri akademik Möhsün Nağısoylu, ekspertlər komissiyasının sədri akademik Muxtar İmanov və tərkibi seçilib.
Gizli səsvermə yolu ilə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.03.19 NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
02.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA "GƏNCLƏR GÜNÜ" QEYD OLUNUB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla