NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXIB

12.09.19. Oxunma sayı: 34 NƏŞRLƏR / NƏSİMİ-650
24 iyun 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilmiş “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII ənənəvi Respublika elmi konfransının materialları toplu halında nəşr olunub. Topludakı məqalələr “Nəsimişünaslıq müasir mərhələdə” və “Sələflər və xələflər” adlı bölmələr üzrə təsnif edilib.
Konfrans materialları AMEA HEB-in akademik katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin redaktəsi ilə nəşr olunub.
Toplunu nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
Jurnalı əldə etmək istəyənlər Əlyazmalar İnstitutunun ümumi işlər üzrə direktor müavini Qurban Hümbətova müraciət edə bilərlər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.03.19 NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla