“AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB

11.09.19. Oxunma sayı: 36 NAİLİYYƏTLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun multidissiplinar əlyazmalar haqqında iki dildə - Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi toplunun ingiliscəsi (“Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury”, Baku-2017) ABŞ-ın Konqres Kitabxanasının fonduna daxil edilib. Qeyd edək ki, Əlyazmalar İnstitutunda saxlanılan 150-yə yaxın multidissiplinar əlyazmanın paleoqrafik təsvirindən ibarət olan kitabın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Toplunun elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihənin rəhbəri AMEA HEB-in akademik katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Kitabı Azərbaycan dilindən ingilis dilinə tərcümə edən Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

04.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” RUSİYA DÖVLƏT KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
15.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN JURNALLARI ÜÇÜN ELEKTRON BEYNƏLXALQ STANDART SERİYA NÖMRƏSİ TƏYİN OLUNUB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
17.04.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla