KİTABIMIZ BEYNƏLXALQ MÜSABİQƏDƏ “QRAN PRİ” MÜKAFATINA LAYİQ GÖRÜLÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



KİTABIMIZ BEYNƏLXALQ MÜSABİQƏDƏ “QRAN PRİ” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

07.09.19. Oxunma sayı: 48 NAİLİYYƏTLƏR
Rusiyanın paytaxtı Moskva şəhərində 32-ci Beynəlxalq Moskva Kitab Yarmarkası öz fəaliyyətinə başlayıb. Azərbaycan təmsilçiləri 200 adda kitabla yarmarkada iştirak edirlər. Yarmarka çərçivəsində müsabiqə də təşkil olunub. Azərbaycan tərəfdən 10-dan çox kitab müsabiqəyə təqdim edilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şərq-Qərb” nəşriyyatında çap etdirdiyi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması müsabiqənin birinci dərəcəli mükafatına – “Qran Pri”yə layiq görülüb. Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar rəssam Fəxrəddin Əli nəfis tərtibatla çapdan çıxmış kitabdakı illüstrasiyaların müəllifidir. AMEA Humanitar Bölmənin rəhbəri, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli kitaba geniş ön söz yazıb.
Müsabiqədə iştirak edən digər Azərbaycan kitabları da müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüblər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

25.07.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ MƏTBUAT ŞURASININ XÜSUSİ MÜKAFATINA LAYİQ GÖRÜLÜB
15.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN JURNALLARI ÜÇÜN ELEKTRON BEYNƏLXALQ STANDART SERİYA NÖMRƏSİ TƏYİN OLUNUB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ SERTİFİKATA LAYİQ GÖRÜLÜB
29.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİNİN SƏDRİ TƏLTİF OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla