“AZƏRBAYCAN SATİRİK MƏTBUATINDA GİZLİ İMZALAR (1906-1920)” ADLI MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“AZƏRBAYCAN SATİRİK MƏTBUATINDA GİZLİ İMZALAR (1906-1920)” ADLI MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB

06.09.19. Oxunma sayı: 55 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyevanın və Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovanın birgə tərtibçiliyi ilə “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstərici kitabı nəşr olunub. Kitabda 1906-1920-ci illərdə nəşr olunan 13 Azərbaycan satirik jurnalının səhifələrindəki gizli imzalar qeydə alınıb, onların işlənmə mənbələri göstərilib.
Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlu, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Zaman Əsgərli və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.
Kitab naməlum və gizli imzalarla çıxış edən Azərbaycan müəllifərinin ədəbi irsinin müəyyən edilməsi və toplanılması istiqamətində tədqiqatçıların istinad edəcəkləri mənbə kimi yararlıdır.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla