“HƏSƏN BƏY MƏLİKOV ZƏRDABİNİN BAKI ŞƏHƏR DUMASINDA FƏALİYYƏTİ” KİTABI ÇAP OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“HƏSƏN BƏY MƏLİKOV ZƏRDABİNİN BAKI ŞƏHƏR DUMASINDA FƏALİYYƏTİ” KİTABI ÇAP OLUNUB

05.09.19. Oxunma sayı: 58 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan maarifçisi, ictimai-siyasi xadim Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətini əks etdirən kitab nəşr olunub. “Kaspi nəşrləri” seriyasından olan bu toplu Zərdabinin 1897-1907-ci illərdə Dumanın iclaslarındakı fəal iştirakını işıqlandıran “Kaspi” qəzetinin materialları əsasında çap olunub.
Sözügedən kitab 2015-ci ildə “Əkinçi” qəzetinin 140 illik yubileyinə həsr olunmuş rus dilindəki nəşrindən Azərbaycan dilinə tərcümə olunub.
“Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya elmləri doktoru Sona Vəliyevadır.
Kitabın tərtibçisi, ön sözün müəllifi və redaktoru Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovadır. Rəyçi tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, rus dilindən tərcümə edən Rəbiqə Nazimqızıdır.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
04.10.18 FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla