OMANLI VƏ AMERİKALI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



OMANLI VƏ AMERİKALI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

03.09.19. Oxunma sayı: 54 BEYNƏLXALQ ƏLAQƏLƏR
Oman Sultanlğının Sultan Qabus Universitetinin Ədəbiyyat və humanitar fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi Ehsan Sadiq Məhəmməd Əlləvati və təqaüddə olan amerikalı professor Bernard Parker AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət ediblər. Qonaqlar institutun Ekspozisiya zalı və Əlyazmaların bərpası və gigiyenası laboratoriyası ilə tanış olublar.
Əlyazmalar xəzinəsindəki ərəbdilli əlyazmalarla daha çox maraqlanan omanlı alimə mövzu haqqında ətraflı məlumat verilib. Bernard Parker institutda saxlanılan ingilis dilində olan materialların mövzuları ilə maraqlanıb.
Hər iki qonaq Əlyazmalar İnstitutunun zənginliyinə öz heyranlıqlarını bildirərək xatirə kitabına ürək sözlərini yazıblar.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.02.19 ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK
20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
28.10.18 AZƏRBAYCAN ALİMLƏRİ TÜRKİYƏNİN SÜLEYMANİYYƏ YAZMA ƏSƏRLƏR KİTABXANASI İLƏ YENİ ƏMƏKDAŞLIĞA İMZA ATMIŞLAR
23.04.18 AZƏRBAYCANLA ÖZBƏKİSTAN ARASINDA ƏLYAZMALARIN MÜBADİLƏSİ GENİŞLƏNƏCƏK
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla