ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ QUBADA KEÇİRİLƏN “TARİXİMİZİN İZİ İLƏ” ADLI İLK SEMİNARA QATILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ QUBADA KEÇİRİLƏN “TARİXİMİZİN İZİ İLƏ” ADLI İLK SEMİNARA QATILIB

16.08.19. Oxunma sayı: 445 TƏDBİRLƏR
15 avqust 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov Mənəvi Dəyərlərin Təbliği Fondu və “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin birgə həyata keçirdiyi “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində Quba rayonunda təşkil olunan “Tariximizin izi ilə” adlı ilk seminar tədbirinə qatılıb.
Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan bu tədbirdə dosent Əkrəm Bağırov “Milli mədəniyyət və tariximizin öyrənilməsində yazılı mənbələrin rolu” mövzusunda geniş məruzə edib. Alim bildirib ki, günümüzdə tariximizin qorunması, dərindən araşdırılması və gələcək nəsillərə çatdırılmasında ilkin mənbələrin, əlyazma abidələrinin dərindən tədqiqinin böyük əhəmiyyəti var. Bu baxımdan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan on iki mindən çox əlyazmada tarixi irsimizin böyük hissəsi hifz olunmaqdadır. Onları dərindən öyrənib, geniş oxucu kütləsinə çatdırmaq elmi tədqiqat müəssisələrinin qarşısında duran vacib məsələlərdən biridir.
Yekunda iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və alim onları maraqlandıran sualları cavablandırıb.
Daha sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin İctimaiyyələ əlaqələr şöbəsinin rəhbəri Amal Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyəti barədə danışıblar. 



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla