NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” ƏSƏRİ İLƏ BAĞLI YENİ NƏŞR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” ƏSƏRİ İLƏ BAĞLI YENİ NƏŞR

08.08.19. Oxunma sayı: 44 NƏŞRLƏR

Bu günlərdə “Elm” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə nəfis şəkildə hazırlanmış “Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının şərhi və lüğət (anonim əlyazma)” adlı kitab işıq üzü görüb. Nizaminin “Xosrov və Şirin” poeması ilə bağlı, müəllifi bəlli olmayan, təqribən XX əsrin 30-cu illərinin sonu – 40-cı illərinin əvvəllərinə aid edilən əlyazmanı transliterasiya edərək geniş ön söz və alt yazılarla nəşrə hazırlayan institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Nəşrə əlavə olunan “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması haqqında anonim əlyazma” başlıqlı ön sözdə Əzizağa Nəcəfzadə əlyazmanın qələmə alınma tarixi, əsərin yazılma səbəbləri, təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələrini açıqlayır və əsərin Azərbaycan nizamişünaslığındakı yeri haqqında məlumat verir.
Ön sözdən öyrənirik ki, əlyazma Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının Rəsul Rza tərəfindən ana dilimizə edilən bədii tərcümənin ilk variantına yazılan şərhlərdən biridir. Kitab poemaya yazılan şərh, əsərdəki tarixi, əfsanəvi adlar və coğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lüğəti olmaqla üç mühüm hissədən ibarətdir.
Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının şərhi və lüğət (anonim əlyazma), Bakı: Elm, 2019, - 88 səh.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
01.10.18 NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” POEMASI NƏFİS ŞƏKİLDƏ NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla