ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QAFQAZ TARİXİ MƏRKƏZİNİN TƏDBİRİNƏ QATILIBLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QAFQAZ TARİXİ MƏRKƏZİNİN TƏDBİRİNƏ QATILIBLAR

26.07.19. Oxunma sayı: 56 TƏDBİRLƏR
25 iyul 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşı AMEA Mərkəzi Elmi Kitabxanası və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə ““Günəşin axtarışında” beynəlxalq İşçi qrupunun Azərbaycan üzrə fəaliyyəti” mövzusunda keçirilən seminarda iştirak edib. Tədbirdə Qafqaz Tarixi Mərkəzinin ““Bolqarka” ilə yazılmış erməni tarixi” filminin nümayişi ilə yanaşı, ətraf mühitin Tovuz rayonu Girzan kəndindəki biritual məzarlığının qəbir daşlarına təsiri, Azərbaycanın tarixi-mədəni irsinin qorunması və araşdırılmasının aktual məsələləri və s. müzakirə olunub. Tədbirin sonunda ölkəmizin bu kimi abidələrinin araşdırılması və bərpası üçün işçi qrupuna yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərin də cəlb edilərək görülən işlərin beynəlxalq miqyasının və keyfiyyətinin artırılmasının zəruriliyi önə çəkilib.




скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla