AZƏRBAYCANDA İLK DƏFƏ ƏLYAZMALAR İNSTİTUTUNDAKI TÜRKDİLLİ ƏLYAZMALARIN TOPLU KATALOQU NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AZƏRBAYCANDA İLK DƏFƏ ƏLYAZMALAR İNSTİTUTUNDAKI TÜRKDİLLİ ƏLYAZMALARIN TOPLU KATALOQU NƏŞR OLUNUB

17.07.19. Oxunma sayı: 91 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Azadə Musabəylinin tərtib etdiyi dörd cildlik “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların kataloqu” çapdan çıxıb.
Toplu kataloqun elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
Topluya Əlyazmalar İnstitutunda saxlanılan ümumi sayı 6121 olan bütün türkdilli əlyazmalarla bağlı biblioqrafik məlumatlar daxildir. I və II cildlər əsər adları üzrə, III və IV cildlər şəxs (müəllif, tərcüməçi və b.) adları üzrə əlifba sırası ilə tərtib olunub.
Qeyd edək ki, Əlyazmalar İnstitutundakı müxtəlif elm sahələrini və mövzuları əhatə edən türkdilli əlyazmaların toplu kataloqunun hazırlanması Azərbaycanda ilkin təşəbbüsdür.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.05.19 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB
07.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
07.05.18 NADİMİN ŞEİRLƏRİ İLK DƏFƏ KİTAB HALINDA NƏŞR EDİLİB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla