ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

09.07.19. Oxunma sayı: 45 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova 2019-cu ilin 5-7 iyul tarixlərində Naxçıvanda keçirilən “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransda iştirak edib. Tədbir çərçivəsində konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Muzeyini də ziyarət ediblər.
Naxçıvan Universitetində keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid açaraq orta əsrlərdə türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvaninin Naxçıvanda doğulduğunu, burada görkəmli alimlərdən təhsil aldığını bildirib. O, N.Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamını xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Azərbaycan və Türkiyə alimlərinin iştirak etidiyi tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurtun, eləcə də digər tədqiqatçıların məruzələri dinlənilib. R.Şirinova konfransda “Nemətullah Naxçıvaninin əsərləri dünya kitabxanalarında” adlı məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində “Təfsir alimi” adlı sənədli filmin nümayişi olub.
Sonra konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Konfrans tədbir iştirakçılarının Naxçıvan Muxtar Respublikasının bir sıra tarixi-mədəni abidələrini, mədəniyyət ocaqlarını ziyarət etməsi ilə başa çatıb.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla