ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “WEB OF SCIENCE” BAZASINDAN İSTİFADƏ VƏZİYYƏTİ ÜZRƏ HESABAT VERİBLƏR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “WEB OF SCIENCE” BAZASINDAN İSTİFADƏ VƏZİYYƏTİ ÜZRƏ HESABAT VERİBLƏR

08.07.19. Oxunma sayı: 43 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşı AMEA Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” agentliyinin “Web of Science” məlumat platformasından istifadənin təkmilləşdirilməsinə dair keçirilən növbəti iclasda iştirak ediblər. “Web of Science” məlumat platformasına dair maarifləndirici seminarda AMEA-nın müxtəlif institutlarının, o cümlədən Əlyazmalar İnstitutunun “Clarivate Analytics” sertifikatlarına yiyələnmiş əməkdaşları hesabat veriblər. İnstitut əməkdaşlarının sözügedən platformadan istifadə imkanları, müxtəlif elmmetrik və statistik göstəricilər, gələcəkdə müvafiq biliklərin təkmilləşdirilməsi ilə bağlı atılacaq addımlar və s. müzakirələrin başlıca mövzusu olub, maraqlı diskussiyalar və təcrübə mübadiləsi aparılıb.




скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
14.02.19 İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “CLARIVATE ANALYTICS”İN SEMİNARINDA
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla