ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONQRESDƏ İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONQRESDƏ İŞTİRAK EDİBLƏR

02.07.19. Oxunma sayı: 55 EZAMİYYƏLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, tarix üzrə fəlsəfə doktoru, dosent Rəna Məmmədova və İradə Vəzirova 2019-cu il 19-21 iyun tarixlərində Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin təşkil etdiyi “Asiya və Afrika ölkələrinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusunda XXX Beynəlxalq Konqresdə iştirak ediblər. Şərqşünas alim, akademik Vasili Bartoldun 150 illik yubileyinə həsr olunmuş tədbirdə Ə.Bağırov “Kərbəlayi Təbrizi Dərvişin “Cənnətül cünal” təzkirəsi Təbriz tarixinin öyrənilməsi üçün etibarlı mənbə kimi”, R.Məmmədova “Nadir Şah Əfşarın ordusundakı silahlanma və hərb sənəti haqqında mənbələr”, İ.Vəzirova “Seyyid Yəhya Şirvani Bakuvinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Resayel” məcmuəsindəki traktatları” adlı məruzələrlə çıxış ediblər. Tədbirin sonunda hər üç tədqiqatçıya sertifikatlar təqdim olunub.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
22.05.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIĞI ƏLYAZMA VƏ SƏNƏDLƏRDƏ ” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.03.19 NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla