KAMANDAR ŞƏRİFLİNİN “ƏSƏRLƏRİ”NİN IV CİLDİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



KAMANDAR ŞƏRİFLİNİN “ƏSƏRLƏRİ”NİN IV CİLDİ NƏŞR OLUNUB

01.07.19. Oxunma sayı: 73 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin “Əsərləri”nin IV cildi işıq üzü görüb. Bu cildə üç kitab daxildir.
Birinci kitabda XIV əsr türk şairi Ümmi İsanın “Mehri və Vəfa” adlı məsnəvisi haqqında K.Şəriflinin araşdırması, məsnəvinin Əlyazmalar İnstitutunda saxlanılan iki əlyazma nüsxəsinin orijinal mətni, eləcə də latın əlifbasına transliterasiya edilmiş mətni təqdim olunur.
İkinci kitabda görkəmli Azərbaycan şairi və tarixçisi Mir Möhsün Nəvvabın (1833-1918) ermənilərin əsasən Qarabağda, həmçinin Azərbaycanın digər bölgələrində törəkdikləri qırğınlardan bəhs edən “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsəri yer alır.
Üçüncü kitaba XIII əsrdə yaşamış ensiklopedik biliyə malik Nəsirəddin Tusinin “Adabül-mütəəllimin” (“Tələbəlik mədəniyyəti”) risaləsinin Azərbaycan dilinə tərcümə olunmuş mətni və əsər haqqında məlumat daxildir. Əsərdə tələbələrin elmi biliklərə yiyələnməsinin düzgün yolları göstərilir. Əsəri ərəb dilindən tərcümə edən professor Kamandar Şəriflidir.
Kitabın elmi redaktoru akademik Teymur Kərimlidir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

30.05.19 KAMANDAR ŞƏRİFLİNİN “ƏSƏRLƏRİ”NİN III CİLDİ NƏŞR OLUNUB
01.05.19 ORTA ƏSR TİBBİNƏ DAİR DƏYƏRLİ ƏSƏR İŞIQ ÜZÜ GÖRÜB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla