ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN MƏQALƏSİ YÜKSƏK İMPAKT FAKTORLU ELMİ JURNALDA DƏRC OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN MƏQALƏSİ YÜKSƏK İMPAKT FAKTORLU ELMİ JURNALDA DƏRC OLUNUB

27.06.19. Oxunma sayı: 137 NƏŞRLƏR
Cavid Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun "Language Safety in the Context of National Security" ("Dil təhlükəsizliyi milli təhlükəsizlik kontekstində") adlı məqaləsi Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun nəşri olan “Revue Bulgare d’Histoire” jurnalında dərc edilib.
Cavid Cəfərov məqaləsində Azərbaycan dilinin son əsrdəki inkişaf tarixinə qısa nəzər salır, dil təhlükəsizliyi məsələsini milli təhlükəsizlik, informasiya təhlükəsizliyi və dil siyasəti kontekstində tədqiq edir, dövlət tərəfindən dilimizin qorunması və inkişafı ilə bağlı görülən işlərin, o cümlədən Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamının əhəmiyyətindən bəhs edir.
Məqalədə, həmçinin qloballaşma dövrünün təhlükəsizlik paradiqmasının linqvistik tərkibinə nəzər salınır, Azərbaycanla yanaşı, bir sıra ölkələrin nümunəsində dilin müxtəlif növ təhdidlərin obyekti kimi səciyyəvi xüsusiyyətləri araşdırılır, milli proqram təminatı məhsullarının linqvistik təminat məsələlərinin elmi-nəzəri problemlərindən bəhs edilir.
Qeyd edək ki, “Revue Bulgare d’Histoire” “Web of Science” (Clarivate Analytics) elmi indeksləndirmə sisteminin “Arts and Humanities Citation Index” altsisteminə daxil edilmiş nüfuzlu, yüksək təsir əmsalına (impakt faktora) malik beynəlxalq elmi jurnaldır.
Məqalənin tam mətni ilə Mərkəzi və Şərqi Avropa ölkələrinin onlayn kitabxanasında-
https://www.ceeol.com/search/article-detail?id=762675 linki vasitəsilə tanış olmaq mümkündür.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
29.06.18 İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla