AKADEMİK TEYMUR KƏRİMLİ VƏ PROFESSOR PAŞA KƏRİMOV BELQRADDA NƏSİMİNİN 650 İLLİYİNƏ HƏSR OLUNMUŞ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ VƏ PROFESSOR PAŞA KƏRİMOV BELQRADDA NƏSİMİNİN 650 İLLİYİNƏ HƏSR OLUNMUŞ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR

21.06.19. Oxunma sayı: 144 NƏSİMİ-650 / EZAMİYYƏLƏR
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 19 iyun 2019-cu il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində elmi simpozium keçirilib. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov Azərbaycanlı ziyalılardan ibarət nümayəndə heyətinin tərkibində olub. Serbiya Kral Akademiyası tərəfindən təşkil olunan simpozium Belqrad Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutub.
Simpoziumdan öncə tədbir iştirakçıları Azərbaycan dövlətinin dəstəyi ilə bərpa edilmiş “Daşmeydan” parkına gediblər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələri önünə əklillər qoyublar.
Sonra simpozium öz işinə başlayıb. Tədbirdə Serb və Azərbaycan alimləri məruzələrlə çıxış ediblər.
Çıxışlardan sonra serb və Azərbaycanlı ekspertlərə müvafiq olaraq “Nəsimi-650” və “İvo Andriç” yubiley medalları təqdim olunub. Yubiley medalları bu il fevralın 20-də Serbiya Kral Akademiyası tərəfindən təsis edilib.
Akademik Teymur Kərimli və professor Paşa Kərimov da Serbiya Kral Akademiyasının təsis etdiyi “İvo Andriç” medalı ilə təltif olunublar.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.06.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BOSNİYA VƏ HERSEQOVİNADA ELMİ EZAMİYYƏTDƏ OLUB
31.05.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB
12.03.19 NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla