SATİRİK ŞAİR MİRHƏSƏN MÜNSİFİN ƏSƏRLƏRİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



SATİRİK ŞAİR MİRHƏSƏN MÜNSİFİN ƏSƏRLƏRİ NƏŞR OLUNUB

18.06.19. Oxunma sayı: 72 NƏŞRLƏR
XX əsrin əvvəllərində Bakı ədəbi mühitinin tanınmış qəzəlxanı və satirik şairiolmuş Mirhəsən Münsifin (1881-?) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yeddi dəftər avtoqrafı saxlanılır. Dəftərlərin birində “Tuti” adı altında 100-dən artıq şeir vardır. Münsifin bu şeirləri 1914-cü ilin sonlarında Bakıda nəşrə başlayan “Tuti” satirik məcmuəsində 1915-1917-ci illər ərzində mütəmadi çap olunub. Şair öz əsərlərini “Münsif”, “Məxfi”, “Qəmiş”, “Sırtıq” və “Əfi” imzaları ilə nəşr etdirib.
Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Qutiyera Cəfərovadır.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

23.04.19 “DEYİLƏN SÖZ YADİGARDIR” YENİ TƏRTİBATDA
03.04.19 CƏNUBİ AZƏRBAYCAN ŞAİRLƏRİNİN ANTOLOGİYASI İŞIQ ÜZÜ GÖRÜB
23.01.19 ƏLYAZMALAR İNSTİTUTU “TÜRK ƏDƏBİYYATINA İLK QƏDƏM” DƏRSLİYİNİ YENİDƏN NƏŞR EDİB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
12.04.18 ON DÖRD MƏSUMUN TƏRCÜMEYİ-HALINI EHTİVA EDƏN KİTAB NƏŞR OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla