XVI ƏSRƏ AİD “KİTABİ-TİBBİ-MƏNZUM” ƏSƏRİ ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



XVI ƏSRƏ AİD “KİTABİ-TİBBİ-MƏNZUM” ƏSƏRİ ÇAPDAN ÇIXIB

03.06.19. Oxunma sayı: 58 NƏŞRLƏR
XVI əsrdə yaşamış Osmanlı şairi, alimi və təbibi Məhəmməd Nidainin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub. Bu mənzum tibbi əlyazma 50-dən artıq şeirdən ibarətdir. Şeirlərdə müxtəlif xəstəliklərdən, onların etimologiyasından və müalicəsindən bəhs olunur. Burada zökəm, vərəm, astma, zöhrəvi xəstəliklər, diş xəstəlikləri, göz xəstəlikləri və s. haqqında və onların müalicəsində istifadə edilən dərman vasitələri barəsində məlumat verilir.
Əsərin ərəb qrafikası ilə yazılmış orijinal mətni də kitaba daxil edilib.
Əsəri transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır. Kitabın redaktorları Mustafa Mailoğlu və Seyyid Əsri, rəyçiləri tarix üzrə elmlər doktoru Fərid Ələkbərli və tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

23.04.19 “DEYİLƏN SÖZ YADİGARDIR” YENİ TƏRTİBATDA
03.04.19 CƏNUBİ AZƏRBAYCAN ŞAİRLƏRİNİN ANTOLOGİYASI İŞIQ ÜZÜ GÖRÜB
11.03.19 ZEYNƏDDİN CÜRCANİNİN KİTABI RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla