ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ “İCTİMAİ LİRİKANIN BANİSİ İMADDƏDİN NƏSİMİ” ADLI TƏDBİRƏ QATILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ “İCTİMAİ LİRİKANIN BANİSİ İMADDƏDİN NƏSİMİ” ADLI TƏDBİRƏ QATILIB

29.05.19. Oxunma sayı: 95 TƏDBİRLƏR / NƏSİMİ-650
29 may 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində SABAH Mərkəzinin təşkilatçılığı ilə “İctimai lirikanın banisi İmaddədin Nəsimi” adlı tədbir keçirilib. ADU-nun və ölkənin digər ali məktəb, elmi tədqiqat müəssisələrinin nümayəndələrinin də qatıldığı bu ədəbi-bədii gecədə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri – elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə də iştirak ediblər.
Tədbirdə çıxış edən dosent Ə.Nəcəfov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır. 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi dilimizə, ədəbiyyatımıza verilən yüksək dəyər, mədəniyyətimizə qayğının təzahürüdür. O, bunun Nəsimi irsini təbliğ etmək, böyük şairi tanıtmaq sahəsində təhsil işçiləri, elm xadimləri və ədəbi ictimaiyyət üçün böyük bir fürsət olduğunu da vurğulayıb. Sonra alim Nəsimi qəzəllərindən nümunələr gətirməklə təhlilə cəlb edib.
Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə müasir dövrdə Nəsimi irsinin yenidən öyrənilməsinin vacibliyini qeyd edib. Hazırda bu sahədə görülən işlərdən danışan natiq bildirib ki, dünya ölkələrinin müxtəlif kitabxanalarında İmadəddin Nəsiminin əsərlərinin 200-dən çox əlyazma nüsxəsi var, yalnız bütün bu nüsxələrinin toplanması və elmi tədqiqata cəlb olunması nəticəsində şairin külliyyatının yeni tənqidi mətni tərtib oluna, yaradıcılığının tam mənzərəsi ortaya qoyula bilər. K.Məmmədzadə Nəsimi əsərlərində işlənən hürufi simvollarından bəzilərinə aydınlıq gətirib.
Qeyd edək ki, tədbirdə alimlərin məruzələri ilə yanaşı, universitetin SABAH qruplarının tələbələrinin ifasında Nəsimi qəzəlləri də dinlənilib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

23.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASINDA NƏSİMİ YUBİLEYİ TƏDBİRİNƏ QATILIB
22.05.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIĞI ƏLYAZMA VƏ SƏNƏDLƏRDƏ ” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla