İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

22.02.18. Oxunma sayı: 237 NAİLİYYƏTLƏR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Cavid Cəfərov İtaliyanın Bolonya Universiteti tərəfindən nəşr olunan “Conservation Science in Cultural Heritage” (“Mədəni irsdə bərpaşünaslıq”) jurnalının redaksiya heyətinə üzv seçilib (jurnalın redaksiya heyətinin səhifəsi:
https://conservation-science.unibo.it/pages/view/advisory.)
Əməkdaşımıza “maddi-mədəni irsin bərpa-konservasiya prosesində yüksək texnologiyaların tətbiqi” və “maddi-mədəni irsin qorunmasında müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni və hüquqi əhəmiyyəti” mövzuları üzrə dərc olunacaq məqalələrin elmi ekspertizası həvalə olunub. “Conservation Science in Cultural Heritage” (əvvəlki adı “Quaderni di Scienza della Conservazione”) beynəlxalq elmi jurnalı 2000-ci ildən etibarən ildə bir dəfə İtalyan və ingilis dillərində nəşr olunur. Jurnal 2015-ci ildə SCOPUS, 2016-cı ildən isə ISI Thomson-Reuters (Emerging Sources Citation Index) elmi bazasına daxil edilib.
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB
10.01.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla