ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASINDA NƏSİMİ YUBİLEYİ TƏDBİRİNƏ QATILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASINDA NƏSİMİ YUBİLEYİ TƏDBİRİNƏ QATILIB

23.05.19. Oxunma sayı: 76 TƏDBİRLƏR
23 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov dahi şairin həyat və yaradıcılığı, dünya poeziyasında yeri, fəlsəfi baxışları, Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqe, şairin ədəbi irsinin tədqiqi sahəsində ölkədə görülən işlər barədə ətraflı məlumat verərkən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun da bu sahədə xüsusi rolunun olduğunu vurğulayıb.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə öz məruzələri ilə ədəbi-bədii gecədə iştirak ediblər. Məruzəçilər çıxışlarında Nəsimi irsinin tədqiqi, təbliği və tədrisi məsələlərinə toxunublar, şairin irsindən nümunələr səsləndiriblər.
Sonda Nəsiminin qəzəlləri muğam ifaçıları tərəfindən dinləyicilərə təqdim olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması haqqında sərəncamları çərçivəsində baş tutub.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
13.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI FÜZULİ GECƏSİNDƏ
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla