ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ÖZBƏKİSTANDA ELMİ EZAMİYYƏTDƏ OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ÖZBƏKİSTANDA ELMİ EZAMİYYƏTDƏ OLUB

21.05.19. Oxunma sayı: 77 EZAMİYYƏLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində elmi ezamiyyətdə olub. Ezamiyyət çərçivəsində Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda araşdırmalar aparan K.Məmmədzadə burada qorunan Azərbaycana aid çoxsaylı əlyazma irsi haqqında məlumat toplayıb. Araşdırmalar zamanı məlum olub ki, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda Azərbaycanlı müəlliflərə aid 230-dan artıq əlyazma saxlanılır. İnstitutun əlyazma fondunda dahi Azərbaycan şairləri Nizami Gəncəviyə aid 57, Məhəmməd Füzuliyə aid 109, Xaqani Şirvaniyə aid 6, İmadəddin Nəsimiyə aid 4, Şah İsmayıl Xətaiyə aid 4 əlyazma nüsxəsi qorunmaqdadır. Bundan başqa digər görkəmli Azərbaycanlı müəlliflərdən Xacə Əli Həkim Təbrizi, Şəms Təbrizi, Mirəli Təbrizi, Kəmaləddin Şirvani və Xund Yusif Qarabağinin müxtəlif mövzulu əsərlərinin əlyazma nüsxələri də adıgedən institutunda mühafizə olunur.
K.Məmmədzadə tərəfindən aparılmış bu ilkin araşdırmalar Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan Azərbaycanın maddi-mədəni yazılı irsinin fundamental tədqiqi sahəsində atılmış uğurlu addımlardan biridir.
Qeyd edək ki, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun əlyazma fondu dünyanın ən zəngin əlyazma xəzinələrindən biri biri kimi 2000-ci ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrsi Siyahısına daxil edilib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.05.19 İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
17.04.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla