İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB

20.05.19. Oxunma sayı: 74 NAİLİYYƏTLƏR
Son dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında nəşr olunan elmi nəşrlərin təkmilləşdirilməsi, keyfiyyətinin və reytinqinin yüksəldilməsi istiqamətində işlər görülür və nəticədə Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin ölkəmizin müasir inkişaf səviyyəsi və potensialı haqqında məlumatların dünyaya çatdırılması baxımından elmi nəşrlərin önəmi artır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da öz növbəsində AMEA Elmi Nəşriyyat Şurasının yeni Tədbirlər planına uyğun olaraq, nəşr etdiyi çap məhsulunun, o cümlədən kitab və elmi jurnalların təkmilləşdirilməsi işini uğurla davam etdirir. Bu istiqamətdə atılan addımlardan biri də İnstitutun 2015-ci ildən nəşr olunan “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının beynəlxalq elmi bazalarda indeksləşdirilməsi olmuşdur. Bu günlərdə hər iki jurnal UNESCO-nun Kommunikasiya və informasiya sektorunun “ROAD –Açıq istifadəli elmi jurnallar reyestri”nə daxil edilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Baş idarəsi Parisdə yerləşən ROAD – elmi indeksləşdirmə sisteminə hazırda 19 mindən artıq biblioqrafik yazı və elektron məqalə daxildir.
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

15.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN JURNALLARI ÜÇÜN ELEKTRON BEYNƏLXALQ STANDART SERİYA NÖMRƏSİ TƏYİN OLUNUB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
17.04.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR
12.02.19 CƏFƏR CABBARLININ ŞƏXSİ ARXİVİ RƏQƏMSALLAŞDIRILIR
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla