“ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB

20.05.19. Oxunma sayı: 65 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti nömrələri çapdan çıxıb.

“Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu nömrəsində “Mətnşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “Kitabşünaslıq”, “Dilçilik”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları yer alır. Bu nömrədə filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun, filologiya üzrə elmlər doktoru Kamandar Şərifovun, o cümlədən bir çox tədqiqatçıların məqalələri dərc olunub.

“Elmi əsərlər”in bu nömrəsində yer alan məqalələr ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq sahələrini əhatə edir. Mövzular üzrə yerli, o cümlədən Rusiya, Belarus, Özbəkistan və Ukraynadan olan tədqiqatçıların araşdırmaları bu nömrədə təqdim olunur. Azərbaycan alimlərindən filologiya üzrə elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın, eləcə də digər tədqiqatçıların məqalələri bu nömrədə işıqlandırılıb.

Xatırladaq ki, hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

07.10.18 İNSTİTUTUN JURNALLARININ YENİ SAYLARI ÇAPDAN ÇIXIB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla