CƏNUBİ KOREYANIN DUKSUNQ UNİVERSİTETİNİN PROFESSORU ƏLYAZMALAR İNSTİTUTUNDA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



CƏNUBİ KOREYANIN DUKSUNQ UNİVERSİTETİNİN PROFESSORU ƏLYAZMALAR İNSTİTUTUNDA

16.05.19. Oxunma sayı: 71 GÖRÜŞLƏR
Cənubi Koreyanın Seul-Duksunq Universitetinin Fəlsəfə fakültəsinin dekanı, professor Huanq-Van Min AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib, Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olub. Qonağı İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov qarşılayıb və ona İnstitutun tarixi, əlyazmaların toplanması, mühafizəsi və bərpası, İnstitutun beynəlxalq əlaqələri barədə geniş məlumat verib. C.Cəfərov İnstitutun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu da qona­ğın diqqətinə çatdırıb. Professor Huanq-Van Min İnstitutda saxlanılan hüquq, fəlsəfə və etikaya dair əlyazma və əski çap kitabları ilə də maraqlanıb.
Bundan başqa, Cənubi Koreyalı qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də geniş məlumat verilib, Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq həmyerlimizin doğma yurd-yuvalarından didərgin düşməsi faktı diqqətə çatdırılıb.








скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

09.01.19 KAZAN UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA
31.10.18 BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla