MƏHƏMMƏD FÜZULİNİN TÜRKCƏ “DİVAN”ININ ƏLYAZMASI UNESCO-NUN “DÜNYA YADDAŞI” REYESTRİNƏ DAXİL EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MƏHƏMMƏD FÜZULİNİN TÜRKCƏ “DİVAN”ININ ƏLYAZMASI UNESCO-NUN “DÜNYA YADDAŞI” REYESTRİNƏ DAXİL EDİLİB

18.02.18. Oxunma sayı: 274 MÜHÜM XƏBƏRLƏR

UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahından Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin adına göndərilən məktubda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazmasının “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edildiyi bildirilir.
Təşkilatın universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən göndərilən məktubda deyilir: “UNESCO-nun baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor tərəfindən Məhəmməd Füzulinin “Divan”ının əlyazmasının surətinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə əlavə olunmasının təsdiqlənməsi haqqında məlumatı verməkdən məmnunluq duyuram. Baş direktor tərəfindən imzalanmış sertifikatı sizə göndəririk. Bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir və bəşəriyyət üçün qorunmasının əhəmiyyətini vurğulayır. Bu, həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun mümkün qədər çox insan üçün əlçatan olmasına şəraitin yaradılması məqsədilə qorunmasına diqqət yetirmək baxımından mükəmməl imkan yaradır”.
Məktuba əsasən, Azərbaycan tərəfi müvafiq sertifikatın təqdim olunması mərasimində iştirak etmək və Füzuli əlyazmasının “Dünya Yaddaşı”nın bir hissəsi kimi təyinatını ictimaiyyətə açıqlamaq üçün dəvət olunur.
Şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Füzulinin anadilli "Divanı"nın Bakı əlyazması bu “Divan”ının ən mötəbər nüsxəsi sayılır.Ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıyan bu əlamətdar hadisənin təqdimat mərasimi AMEA və UNESCO-nun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasında keçirilməsi planlaşdırılır.

Məlumata UNESCO-nun səhifəsində bax.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB
01.02.18 TEHRAN KİTABXANASINDAN SƏFƏVİLƏR DÖVRÜNDƏ YAŞAMIŞ AZƏRBAYCAN ŞAİRİNİN KÜLLİYATININ SURƏTİ ƏLDƏ EDİLİB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla