ƏLYAZMALAR İNSTİTUTUNUN JURNALLARI ÜÇÜN ELEKTRON BEYNƏLXALQ STANDART SERİYA NÖMRƏSİ TƏYİN OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN JURNALLARI ÜÇÜN ELEKTRON BEYNƏLXALQ STANDART SERİYA NÖMRƏSİ TƏYİN OLUNUB

15.05.19. Oxunma sayı: 52 NAİLİYYƏTLƏR
Əlyazmalar İnstitutunun 2015-ci ildən nəşr etdirdiyi “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnalları üçün Fransa ISSN Mərkəzi tərəfindən Elektron Beynəlxalq Standart Seriya Nömrələri (e-ISSN) təyin edilib. Yeni nömrələrə iddiaçı qismində Əlyazmalar İnstitutunun “Çap kitablarının tədqiqi” şöbəsi çıxış edib və müvafiq sənədləşdirmə, təqdimat işlərini həyata keçirib. Xatırladaq ki, buna qədər hər iki jurnalın çap versiyası üçün ISSN Mərkəzindən eyniləşdirmə nömərləri (“Əlyazmalar yanmır” jurnalı üçün ənənəvi ISSN 2410-5600, “Elmi əsərlər” üçün isə ISSN 2410-5619) əldə olunub. Lakin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi nəşrlər qarşısında qoyulan yeni tələblərə uyğun olaraq, jurnallar ənənəvi (print) ISSN-lə yanaşı, elektron ISSN-ə də malik olmalıdır. Məhz bu məqsədlə Fransa ISSN Mərkəzinə ünvanlanmış müraciət müsbət nəticələnib və “Əlyazmalar yanmır” jurnalı 2663-998X saylı, “Elmi əsərlər” jurnalı isə 2663-9998 saylı beynəlxalq e-ISSN əldə edib.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
17.04.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR
12.02.19 CƏFƏR CABBARLININ ŞƏXSİ ARXİVİ RƏQƏMSALLAŞDIRILIR
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla