KAMANDAR ŞƏRİFLİNİN “ƏSƏRLƏRİ”NİN II CİLDİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



KAMANDAR ŞƏRİFLİNİN “ƏSƏRLƏRİ”NİN II CİLDİ NƏŞR OLUNUB

13.05.19. Oxunma sayı: 41 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin “Əsərləri” silsiləindən II cild işıq üzü görüb. Kitaba iki tədqiqqat işi daxildir. Bunlardan biri müəllifin “Mətnşünaslığın əsasları” adlı monoqrafiyasıdır. Monoqrafiyada Əlyazmalar İnstitutunda mühafizə olunan çoxsaylı türkdilli, farsdilli və ərəbdilli yazılı abidələr əsasında Azərbaycanda mətnşünaslıq elminin yaranması və inkişaf yolları araşdırılır.
Kitaba daxil olan ikinci araşdırma XIX əsrin görkəmli Azərbaycan maarifçisi Əbdülqəni Nuxəvi Xalisəqarızadənin “Farsi təkəllüm risaləsi” (“Farsca danışıq kitabı”) adlı əsəridir. K.Şərifli araşdırmasında qeyd edir ki, bu əsər təkcə iki nəfər arasında gedən sual-cavabdan ibarət deyil, eyni zamanda Azərbaycan mədəniyyəti tarixini öyrənmək baxımından dəyərli bir əsərdir.
“Farsi təkəllüm risaləsi”nin ərəb qrafikası ilə tam mətni də kitaba daxil edilib.
Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

04.04.19 ƏBDÜLQƏNİ NUXƏVİ XALİSƏQARIZADƏ HAQQINDA KİTAB NƏŞR OLUNUB
07.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
16.07.18 NİZAMİ VƏ ZƏRDÜŞTİLİK MÖVZUSUNDA ƏTRAFLI ARAŞDIRMA
01.05.18 MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKTUBLARI İLK DƏFƏ İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla