ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

07.05.19. Oxunma sayı: 60 EZAMİYYƏLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov 1-2 may tarixlərində İran İslam Respublikasının paytaxtı Tehranda “İranla Orta Asiya və Qafqaz arasında intellektual və mədəni əlaqələr” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda iştirak edib. Konfransda İranın müxtəlif bölgələrindən olan alimlərlə yanaşı, ABŞ, Avstriya, İspaniya, Türkiyə, Slovakiya, Gürcüstan, Özbəkistan və s. ölkələrdən olan tanınmış alimlər iştirak ediblər. Azərbaycanı bu tədbirdə təmsil edən iki alimdən biri – Ə.Bağırov “Sam Mirzə Səfəvinin şeir sənəti və şairliyə olan baxışları (“Töhfeyi-Sami” təzkirəsinə əsasən)” adlı məruzə ilə konfransda çıxış edib. Çıxışı maraqla qarşılanan Ə.Bağırov konfransda iştirak edən bir sıra görkəmli alimlərlə fikir mübadiləsi aparıb, onlarla yeni elmi əlaqələr yaradıb.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.12.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI TBİLİSİDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
19.10.18 ƏMƏKDAŞIMIZ TƏBRİZDƏ KEÇİRİLƏN KONFRANSDA İŞTİRAK EDİB
23.04.18 AZƏRBAYCANLA ÖZBƏKİSTAN ARASINDA ƏLYAZMALARIN MÜBADİLƏSİ GENİŞLƏNƏCƏK
21.02.18 ƏMƏKDAŞLARIMIZ HİNDİSTANDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla