ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

02.05.19. Oxunma sayı: 120 NAİLİYYƏTLƏR
Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə akademiyanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və istehsal olunan yeni məhsullar nümayiş etdirilib. AMEA rəhbərliyi və qonaqlar Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun guşəsi ilə də tanış olublar. İnstitutun direktoru, akademik Teymur Kərimli İnstitutun son bir ildəki fəaliyyəti ilə bağlı icmal məlumat verərək, AMEA rəhbərliyini və qonaqları yeni nəşrlərlə tanış edib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev İnstitutun fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra Ümumi yığıncaq öz işinə başlayıb. Öncə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülən mühüm tədbirlər və əldə edilən uğurlar haqqında məlumat verib. Sonra digər natiqlər çıxış ediblər.





скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ SERTİFİKATA LAYİQ GÖRÜLÜB
17.04.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB
29.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİNİN SƏDRİ TƏLTİF OLUNUB
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla