NADİR MİRZƏ QACARIN TƏBRİZİN TARİXİ HAQQINDA ƏSƏRİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NADİR MİRZƏ QACARIN TƏBRİZİN TARİXİ HAQQINDA ƏSƏRİ

02.05.19. Oxunma sayı: 122 NƏŞRLƏR
Qacarlar sülaləsinin məşhur nümayəndəsi şahzadə Nadir Mirzənin (1827-1885) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri” adlı əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Kitab Təbriz şəhərinin qədim dövrlərdən tutmuş XIX əsrədək olan tarixi mənzərəsini əks etdirir. Nadir Mirzə əsəri yazarkən özünün qırxillik müşahidələrini qələmə almaqla bərabər, yüzə yaxın tarixi sənəddən, məktublardan və fərmanlardan da istifadə edib ki, bunlar da kitabda təqdim olunur. Kitabda Təbrizdə baş vermiş ən mühüm tarixi hadisələr, əhalinin yaşayış tərzi və adət-ənənələri, Təbrizdəki məhəllələr, qədim tikililər, çoğrafi məkanlar, bağ-bağçalar, burada bişirilən təamlar haqqında geniş və dəqiq məlumat verilir. Bundan başqa əsərdə Təbrizin görkəmli siyasət və din xadimləri, alimləri, şairləri, o cümlədən Təbrizin tarixində iz qoymuş sadə sakinlər barəsində də bəhs olunur.
Əsəri fars və ərəb dillərindən Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı tərcümə edib. R.Şeyxzamanlı eyni zamanda kitabdakı izahların, şərhlərin və ön sözün müəllifidir. Nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru filologiya üzrə elmlər doktoru Nəsib Göyüşovdur.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

04.04.19 ƏBDÜLQƏNİ NUXƏVİ XALİSƏQARIZADƏ HAQQINDA KİTAB NƏŞR OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
04.10.18 FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB
11.06.18 ƏFŞARLAR TARİXİNİN AZ TƏDQİQ OLUNMUŞ DÖVRÜ HAQQINDA KİTAB ÇIXDI
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla